Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başladı | Təhsil Elanları
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başladı
Bölmə:Xəbərlər 523 dəfə oxunub
03.08.2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.

Namizədlər avqustun 8-dək elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumtəhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçəcəklər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlamalıdırlar.

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumtəhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin edilib.