Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyinə verilib | Təhsil Elanları
Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
Bölmə:Xəbərlər 732 dəfə oxunub
13.06.2018

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır:

Təhsil müəssisələri:

Azərbaycan Turizm və Menecment Universiteti;

Bakı Turizm Peşə Məktəbi;

Mingəçevir Turizm Kolleci.

Dövlət qoruqları:

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);

“Kiş” Tarix-Memarlıq Qoruğu.

Turizm İnformasiya mərkəzləri:

Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);

Şamaxı Turizm İnformasiya Mərkəzi;

Xaçmaz Turizm İnformasiya Mərkəzi;

Quba Turizm İnformasiya Mərkəzi;

Lənkəran Turizm İnformasiya Mərkəzi;

Gəncə Turizm İnformasiya Mərkəzi;

Şəki Turizm İnformasiya Mərkəzi;

Zaqatala Turizm İnformasiya Mərkəzi;

Qəbələ Turizm İnformasiya Mərkəzi;

İsmayıllı Turizm İnformasiya Mərkəzi;

Bərdə Turizm İnformasiya Mərkəzi.

Təsərrüfathesablı qurumlar:

“Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.

Digər qurumlar:

Milli Kulinariya Mərkəzi.