Bölmə:Təqaüdlər 839 dəfə oxunub
Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.
Bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.
Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Koreya Respublikası
Təhsil səviyyəsi: bakalavriat
Yaş həddi: təvəllüdü 1 mart 1995-ci ildən sonra olanlar
Təqaüdün müddəti: 1 il dil hazırlığı + 4 il təhsil proqramı
Kvota: 1 nəfər
Qarşılanan xərclər: aylıq təqaüd 900.000 KRW, təhsil haqqı, dil kursu, yol xərci, yataqxana xərci, sığorta xərci.
Dil bilikləri: ingilis (TOEFL/ IELTS/ TOPIK)
Son müraciət tarixi: 18.10.2019
Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər üçün müvafiq keçiddən istifadə edə bilərsiniz: https://bit.ly/2mcFdhv
Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər:
Əlaqə vasitələri: azeremb@mofa.go.kr / 994-12-596-7901~3, 994-12-596-7904