Bölmə:AMEA 1479 dəfə oxunub
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr və struktur dəyişiklikləri edilib. AMEA-dan APA-ya verilən xəbərə görə, Rəyasət Heyətinin qərarına əsasən, akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.
AMEA-nın İqtisadiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında da Rəyasət Heyəti qərar qəbul edib. İnstitutun Analitik informasiya və nəşriyyat şöbəsi ləğv edilərək, onun əvəzinə, Təhsil şöbəsi və İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsi yaradılıb.