Könüllülərin nazirlə ilk görüşü! | Təhsil Elanları
Könüllülərin nazirlə ilk görüşü!
Bölmə:Xəbərlər 561 dəfə oxunub
09.03.2015

ASAN könüllülərinin nəzərinə ! Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiə naziri cənab Səlim Müslümov İnnovativ idarəetmə görüşündə sizlərlə!

Qonağımızı tanıyaq: Səlim Müslümov 1961-ci il noyabrın 1-də Ağsu rayonunda anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. S.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Əziz könüllülərimiz, siz də nazirlə görüşüb birbaşa ünsiyyətdə olub suallarınızı verərək çox maraqlı bir söhbətə şahid olmaq istəyirsinizsə heç bir zaman ələ düşməyəcək bu fürsəti qaçırmayın!

14 mart 2015 tarixində Dövlət İdarəçilik Akademiyasında saat 12:00-da qonağımızla görüşdə iştirak edin!