DQMK: Regionlarda dövlət qulluğuna qəbul imtahanları 2015-2016-cı illərdə keçiriləcək | Təhsil Elanları
DQMK: Regionlarda dövlət qulluğuna qəbul imtahanları 2015-2016-cı illərdə keçiriləcək
Bölmə:Dövlət qulluğu 1361 dəfə oxunub
06.03.2015

“Bu ilin sonu, yaxud gələn ilin əvvəlinə kimi, regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi Asəf Əliyev deyib.

A. Əliyev bildirib ki, hazırda Komissiyanın maddi-texniki bazasının yaradılması istiqamətində müvafiq dövlət qurumları ilə birlikdə iş aparılır: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın regional bölmələri yoxdur. Ona görə də Komissiya indiyə qədər regionlarda test imtahanı keçirə bilmirdi. Amma biz vətəndaşların əlavə vəsait xərcləməməsi, imtahanlarda yaşadıqları əraziyə daha yaxın yerlərdə iştirak etmələri üçün iş görürük. Artıq bu ilin sonu, yaxud gələn ilin əvvəlinə kimi, regionlarda test imtahanlarının keçirilməsi nəzərdə tutulub. İndiyə qədər Komissiyanın yerlərdə maddi-texniki baza yox idi. Hazırda müvafiq dövlət qurumları ilə birlikdə maddi-texniki bazanın yaradılması üzərində iş gedir”.