Tələbələr üçün pul qazanmaq imkanı! | Təhsil Elanları
Tələbələr üçün pul qazanmaq imkanı!
Bölmə:Elanlar 1552 dəfə oxunub
24.02.2015

Tehsil.im xəbər verir ki, Kitab.al tələbələri əməkdaşlığa dəvət edir!

Artıq Siz Kitab.al saytının nümayəndəsi kimi fəaliyyət göstərərək kiçik qazanclar əldə edə bilərsiniz.

3 mərhələdə qazanc əldə etməyin yolu:

1. Ətrafınızdakı insanlardan kitab sifarişlərini qəbul edirsiniz və sifarişləri bizə bildirirsiniz;
2. Sifarişləri bizdən götürürsünüz;
3. Sifarişləri çatdırırsınız və hər kitabın qiymətinin 15%-i sizə qalır.

Siz, həmçinin, Türkiyədən kitab sifarişləri də qəbul edə bilərsiniz. 

Bundan əlavə, satdığınız hər bir kitaba görə hesabınıza bonuslar əlavə ediləcək və bu bonuslar vasitəsilə bizdən müxtəlif hədiyyələr (kitab, əlfəcin və s.) əldə edəcəksiniz. 

Müraciət etmək üçün tələbə biletinin şəklini Kitab.al Facebook səhifəsinə göndərin. Siz Kitab.al əməkdaşı kimi qeydiyyata alındıqdan sonra sifarişləri qəbul etməyə başlaya bilərsiniz.