Bakıda telefonların qiymətində - ŞOK BAHALAŞMA
Bölmə:Xəbərlər 2775 dəfə oxunub
Bölmə:Xəbərlər 2775 dəfə oxunub
21.02.2015
Mərkəzi Bankın manatın kəskin devalvasiyası (ucuzlaşması) barədəki qərarından dərhal sonra Bakıda mobil telefonların və aksessuarların satışı ilə məşğul olan şirkətlər də qiymətləri qalldırıblar.
Artım daha çox Apple korporasiyasının istehsalı olan iPhone-larda müşahidə olunur.
Tehsil.im Milli.Az-a istinadən bildirir ki, ötən həftə 560-570 manata satılan iPhone 6 (6 qeqabayt yaddaşla) smartfonu indi 850-863 manata, iPhone 6 Plus isə 1054-1080 manata satılır.