Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırıldı - QƏRAR | Təhsil Elanları
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırıldı - QƏRAR
Bölmə:Xəbərlər 1835 dəfə oxunub
19.02.2015

Azərbaycan Nazirlər Kabineti bununla bağlı açıqlama verdi

Azərbaycan Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Tehsil.im xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.