Sağlam və xoşbəxt yaşamaq üçün bunları edin - SIYAHI | Təhsil Elanları
Sağlam və xoşbəxt yaşamaq üçün bunları edin - SIYAHI
Bölmə:Xəbərlər 892 dəfə oxunub
15.02.2015

Yaşı 50-dən yuxarı olan insanlar arasında sorğu keçirərək onlara belə sual  veriblər: “Gəncliyinizi geri qaytarsaydılar, nə cür həyat yaşayardınız?”

Həmin insanların verdiyi cavablardan isə bir siyahı ortaya çıxıb: Daha sağlam və daha xoşbəxt həyat yaşamaq üçün nələr etmək lazımdır?

Tehsil.im Axşam.az-a istinadən həmin siyahını təqdim edir.

1.  Siqaret çəkməyin, çəkirsinizsə, atın. 
2. “Fast food”dan uzaq durun.
3. Ailənizlə və bacı-qardaşlarınızla münasibətlərinizi möhkəm saxlayın.
4. Çox günəş altında qalmayın.
5. Müntəzəm olaraq idman edin.
6. Az miqdarda da olsa, pul yığmağa başlayın.
7. Sahib olduqlarınızın qiymətini bilin.
8. Xəyallarınızdan əl çəkməyin.
9. Yuxu rejiminə əməl edin.
10. Dişlərinizə qulluq edin.
11. Bahalı əşyalar əvəzinə, gözəl xatirələr əldə edin.
12. Paylaşmağı öyrənin.
13. Hər şeylə maraqlanın və qorxularınızın üstünə gedin.
14. İldə ən azı 10 kitab oxuyun
15. Fürsət tapan kimi səyahət edin.
16. Meditasiya ilə məşğul olmağı öyrənin.
17. Özünüzü başqaları ilə müqayisə etməyin.
18. Gündəlik tutun.
19. Ev sahibi olun.
20. Yaxşı dostlar seçin və münasibətlərinizi qoruyun.