TQDK onlayn sınaq imtahanı keçirir | Təhsil Elanları
TQDK onlayn sınaq imtahanı keçirir
Bölmə:Tələbə qəbulu 1228 dəfə oxunub
13.02.2015

TQDK magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirir. 
Qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn sınaq imtahanında suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur. 
İmtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər. 
Ətraflı məlumat əldə etmək üçünhttp://eservices.tqdk.gov.az/sinaq/online_ex.aspx linkinə daxil ola bilərsiniz.