“Tələbələrarası birinci Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək | Təhsil Elanları
“Tələbələrarası birinci Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək
Bölmə:Elanlar 822 dəfə oxunub
13.02.2015

Bu ilin martında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Tələbələrarası birinci Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək.

Tehsil.im xəbər verir ki, Azərbaycan Universitetindən AzərTAc-a bildiriblər ki, olimpiadada respublikanın bütün ali məktəblərinin tələbələri iştirak edə bilərlər. Olimpiadanın məqsədi biznesin idarə olunması sahəsində biliklərin qiymətləndirilməsi, bu sahəyə marağı olan gənclərin üzə çıxarılmasıdır. Layihənin rəhbəri universitetin MBA proqramının tələbəsi Cəmil Hüseynovdur.

Olimpiada biznes statistikası, biznes hüququ, korporativ maliyyə, informasiya sistemlərinin idarə olunması, marketinq, qlobal iqtisadiyyatda menecment, menecer iqtisadiyyatı, biznes ünsiyyəti, biznes modelləşməsi, qlobal rəqabət strategiyası, beynəlxalq biznes, sahibkarlıq və müəssisə, əməliyyatlar menecmenti fənlərini əhatə edəcək.

Olimpiada iki mərhələdən ibarətdir. Müsabiqənin birinci turu  martın 15-də, final mərhələsi isə martın 29-da keçiriləcək. Birinci mərhələdə nəticələri məqbul hesab olunanlar ikinci mərhələdə iştirak edəcəklər. Suallar test formasında təqdim olunacaq. 

Qaliblərə diplom və hədiyyələr təqdim ediləcək. Bütün finalçılara isə sertifikatlar veriləcək.

Müsabiqədə iştirak etmək istəyən tələbələr fevralın 28-dək https://docs.google.com/forms/d/1R8WsPeFu-XGNbPoP8rWMpP8mh06kGXzuVaJkCJUUlcY/viewform?edit_requested=true#sthash.Xt3C2S43.dpuf linkinə daxil olaraq ərizə formasını doldurmalıdırlar.