Bölmə:Elanlar 786 dəfə oxunub
Azərbaycan Tibb Universitetini bitirən həkimlərin nəzərinə!
Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi konkurs əsasında terapevt, kardioloq, ginekoloq, dermatoloq, nevropatoloq, USM-həkimi, həkim-laborant, kosmetoloq həkimlərin İsrailin Suraski adına İxilov Dövlət xəstəxanasında və Birinci Tel-Aviv Tibb Mərkəzində Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin vəsaiti hesabına İsraildə ixtisasartırma məqsədi ilə təhsil almasını təşkil edir. Təhsil müddəti 7-14 gün. Kursu bitirmiş həkimlər İsrail Birinci Tel-Aviv Dövlət Tibb Mərkəzinin beynəlxalq sertifikatları ilə və Azərbaycan-İsrail Beynəlxalq tibb mərkəzində işlə təmin olunacaqlar.
Təhsil almaq istəyənlər öz CV-lərini azerisra@hotmail.com mail adresinə göndərə bilərlər.
Əlavə məlumat üçün telefon:
012-436-28-31
055-577-83-63