Tələbələr və universitet məzunları üçün təcrübə proqramı - İŞ İMKANI | Təhsil Elanları
Tələbələr və universitet məzunları üçün təcrübə proqramı - İŞ İMKANI
Bölmə:Elanlar İş Elanları 3342 dəfə oxunub
09.02.2015

Vakansiya: Tələbələr və universitet məzunları üçün təcrübə proqramı (İngilis dili, Riyaziyyat,  Kimya, Tarix, Fizika, Azərbaycan dili və ədəbiyyat müəllimi, Məktəbəqədər təhsil üzrə müəllim )

İşə götürən: Kaspi Təhsil Şirkəti

İş yeri: Kaspi Təhsil Şirkəti

Yerləşdiyi ərazi: Bakı

Elan tarixi: 5 fevral, 2015 – ci il

Son tarix: 28 fevral, 2015 – ci il

Vakansiya nömrəsi: 013

İş saatları: 9:00 – 13:00 və ya 13:00 – 17:00 (Tələbənin dərs saatı növbəsindən asılı olaraq)

Müddəti: Üç ay

Ödənilir: Günorta yeməyi  və yol xərcləri

İş saatları: 20/5

 

Vəzifə öhdəlikləri:

Dərs materiallarının hazırlanmasında köməklik göstərilməsi.

Şagirdlərlə dərsdən kənar əlavə məşğələlərin keçirilməsi.

Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərilməsi.

Dərslərdə müşahidəçi qismində iştirak edilməsi.

Hər ay ən azı bir dərsdə müəllim kimi iştirak etməsi.

 

Vakansiya tələbləri:

Təhsil səviyyəsi: bakalavr pilləsinin 3 və 4-cü kurs tələbələri, magistr pilləsinin 1 və 2-ci kurs tələbələri, 2014 – cü ilin  məzunları.

Təhsil sahəsi:

İngilis dili müəllimi

Riyaziyyat müəllimi

Kimya müəllimi

Tarix müəllimi

Fizika müəllimi

Azərbaycan dili və ədəbiyyat müəllimi

Coğrafiya müəllimi

Məktəbəqədər təhsil üzrə müəllim

Təcrübə proqramının sonunda tələbələr (məzunlar) Kaspi Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.

Təcrübə proqramını uğurla bitirən tələbələr işlə təmin oluna bilərlər.

Bizimlə çalışmaq istəyirsinizsə zəhmət olmasa aşağıdakı ƏRİZƏ FORMASInı ( CV forması ) doldurub  info@kaspi.edu.az elektron ünvanına göndərin. 

Qeyd: Şəxsi CV - lərə baxılmayacaqdır.

Ərizə Forması - nı yükləmək üçün üzərinə basın.

Zəhmət olmasa veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərəsiniz. Şəxsi CV-lərə baxılmayacaqdır.

Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.  Məsələn, “Fizika müəllimi” vakansiyası.