Hüquqşünaslar üçün - MÜSABİQƏ | Təhsil Elanları
Hüquqşünaslar üçün - MÜSABİQƏ
Bölmə:Elanlar 1058 dəfə oxunub
09.02.2015

“Kütləvi informasiya vasitələrində insan hüquqları” inşa müsabiqəsi

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Birliyi – ELSA Azərbaycanın təşkilatçılığı ilə “Kütləvi informasiya vasitələrində insan hüquqları” inşa müsabiqəsinə start verilir. Layihənin keçirilməsində əsas məqsəd hüquqşünas tələbələri elmi araşdırmalara təşviq etmək və hüquqi yazı bacarıqlarını inkişaf etdirməkdir.
Müsabiqənin şərtləri:
Minimum 1000 sözdən ibarət olmalı
Azərbaycan dilində olmalı
Komputerdə Times New Roman şriftində (14 şrift, 1,5 interval) yığılmalı
Yazılan inşalar ” Essay Competition” başlığı ilə abilovanermin@gmail.com emailine göndərilməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının Ali məktəblərinin bakalavr pilləsində Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak edə bilərlər.
Qaliblər pul mükafatı və fərqlənən iştirakçılar sertifikatlarla təltif ediləcək. Həmçinin müsabiqədə ilk iki yeri tutan inşalar Azərbaycanın nüfuzlu hüquq jurnalında çap ediləcək və elsaazerbaijan.org saytında yayımlanacaqlar.
Qeydiyyat üçün link : goo.gl/forms/aL3G4cc6gl
Əlavə suallarınız üçün əlaqə nömrəsi : 055 592 41 21
İştirakçılar üçün son qeydiyyat tarixi: 10 Dekabr 2014
İnşaların göndərilməsi tarixi : 10 Dekabr – 28 Fevral
Ünvan: Office of Elsa Azerbaijan
Içərişəhər, Hərb 21, Baku, Azərbaycan, Bakü

İnşa müsabiqəsi qeydiyyat formu