I sinfə qəbul dəyişir | Təhsil Elanları
I sinfə qəbul dəyişir
Bölmə:Təhsil Nazirliyi 944 dəfə oxunub
06.02.2015

Qəbul prosesinin elektron sistemlə aparılması nəzərdə tutulur

I sinfə qəbul sistemi hazırlanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sistemin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılması nəzərdə tutub. 

Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır. Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlanılıb. 

Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib. Direktorlar elektron sistemlə aparılacaq qəbul haqqıında məlumatlandırılıb.