“Magistr” jurnalının 2-ci sayı nəşr olunub | Təhsil Elanları
“Magistr” jurnalının 2-ci sayı nəşr olunub
Bölmə:Tələbə qəbulu 754 dəfə oxunub
03.02.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 2-ci sayını nəşr edib.

Jurnalada aşağıdakı materiallar əksini tapmışdır: 
§ 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elanı; 
§ Magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi; 
§ Qəbul imtahanında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı, qəbul imtahanının mərhələlər üzrə məzmunu; 
§ Müsabiqə şərtləri; 
§ Ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları; 
§ Sorğulara cavablar.

-Test tapşırığı nümunələri. Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsi ilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.

Mənbə: TQDK