İsmayıllı “Gənclər Paytaxtı” seçildi | Təhsil Elanları
İsmayıllı “Gənclər Paytaxtı” seçildi
Bölmə:Xəbərlər Elanlar 836 dəfə oxunub
02.02.2015

Azərbaycanda 2015-ci ilin “Gənclər Paytaxtı” seçilib. Yanvarın 24-dən www.genclerpaytaxti.az internet saytında keçirilən sorğu başa çatıb.

Tehsil.im xəbər verir ki, nəticələrə əsasən, İsmayıllı şəhəri səs çoxluğu (56.1%) ilə “Gənclərin Paytaxtı” oldu. 

Qeyd edək ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. “Gənclər Paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.