Bu elanı tələbələr oxusun! | Təhsil Elanları
Bu elanı tələbələr oxusun!
Bölmə:Elanlar 1478 dəfə oxunub
01.02.2015

Hörmətli tələbələr,

Nəzərinizə çatdırırıq ki, 2015/2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu 02.02.2015 tarixindən başlayacaqdır.

Tələbələr qeyd edilən tarixdən etibarən SABAH.EDU.AZ saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçəbilərlər.

Qeydiyyat müddəti 02.02.2015-15.03.2015 tarixlərini əhatə edəcəkdir.

Qeydiyyatdan keçməzdən əvvəl elektron ərizəni doldurmaq üçün təlimatla tanış olmağınız xahiş olunur.

SABAH-IN MƏQSƏDI

SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.

FAKTLAR

SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 33 ixtisas üzrə Respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 688 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdirirlər.

SABAH-IN ÜSTÜNLÜKLƏRI

SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

SABAH-A QƏBUL

SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.