Prezident bu gəncləri mükafatlandırdı - SƏRƏNCAM | Təhsil Elanları
Prezident bu gəncləri mükafatlandırdı - SƏRƏNCAM
Bölmə:Xəbərlər Elanlar 1101 dəfə oxunub
31.01.2015

Tehsil.im xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2015-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Həsənov Elnur Lətif oğlu
Hüseynov Seymur Elşad oğlu 
Xəlilov Zafiq Zakir oğlu
Novruzova Xədicə Sahib qızı
Sadıxlı Fərid İlqar oğlu
Seyidova Ceyla Uran qızı