"Facebook" və "İnstagram"a girişdə problem yarandı | Təhsil Elanları
"Facebook" və "İnstagram"a girişdə problem yarandı
Bölmə:Xəbərlər 855 dəfə oxunub
27.01.2015

"Facebook"da baş verən problem Azərbaycanla əlaqəli deyil".

Tehsil.im-ın "anspress"ə istinadən xəbərinə görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. 

O bildirib ki, sosial şəbəkənin və "İntagram"ın işləməməsi ölkədaxili problemdən qaynaqlanmır. Nazirlik rəsmisi problemin şirkətlə əlaqəli olduğunu qeyd edib.

Qeyd edək ki, "Facebook" və "İnstagram" sosial şəbəkəsinə girişdə problem yaranıb.


Sosial şəbəkələrdə texniki problemin saat 10:15-dən etibarən başladığı deyilir. İlkin ehtimal kimi Facebook-a kiber hücüm həyata keçirildiyi güman edilir.

Qeyd edək ki, "Facebook" və "İnstagram" bir şirkətin tərkibində yer alır.