Vilnüsdə Beynəlxalq Gənclər Sammiti 2015
Bölmə:Təqdimat və Sərgilər 623 dəfə oxunub
28.12.2014

Son müraciət tarixi: 15 yanvar 2015-ci il 
 
İştirak edə bilərlər: 18-35 yaş arası iştirakçılar
 
Tədbirin keçiriləcəyi yer: 16-19 aprel 2015-ci il, Vilnüs, Litva
 
Tədbirin təsviri: 
16-19 aprel 2015-ci ildə Litvanın paytaxtı Vilnüsdə 80 beynəlxalq nümayəndə heyəti “Qlobal məsələlərin həllində və millətlər arasında elaqələrin yaradılmasında gənclərin rolu” başlığı ilə Beynəlxalq Gənclər Sammitində iştirak edəcək.
Tədbirin məqsədi ən zəki tələbələri, gənc aktivistləri, cəmiyyətdəki liderləri, sahibkarları, prefessorları və biznesmenləri bir araya gətirərək qlobal problemləri müzakirə etmək və onlara konkret həll yollarını tapmaqdır.
Biz inanırıq ki, problemləri həll etməyin yeganə yolu bir araya gəlib onları müzakirə etməkdir.
Beynəlxalq Gənclər Sammitinin əsas təşkilatçısı “Opportunity Development” təşkilatı, maliyyə dəstəkçisi isə e-globalknowledge saytıdır.
“Opportunity Development” təşkilatı gənc aktivistlər üçün həm onlayn , həm də oflayn platformalar yaratmaqla mədəniyyətlər, ölkələr və müxtəlif mühitlər arasında müzakirələri təmin etmək və problemlərlə bağlı debatlara yeni haşiyələr gətirmək üçün çalışır. 
E-globalknowledge cərəyanı bütün qlobal məsələlərdə iştirak etmək və öz fikrini bildirmək istəyən gənclər üçün gənc insanlar tərəfindən həyata keçirilir.
 
Tədbir 6 mövzunu əhatə edir:
•Sosial sahibkarlıq gənclərin işsizliyini azaltmaq üçün bir vasitə kimi
•Gənclər sülh şəraitində təhsilin elçiləri kimi
•Qərarların qəbul olunma prosesində gənclərin rolu
•Təhsilin inkişafı/ hər kəs üçün təhsil
•Gənc qadınlara səlahiyyət verilməsi
•Diplomatiyada gənclər
•Tədbirə müxtəlif fəaliyyətlər daxildir : 
•Panel sessiyaları
•Interaktiv seminarlar
•Örnək modellərlə bağlı oyunlar və simulyasiyalar
•Beynəlxalq Gənclər Sammiti ilə bağlı elanların hazırlanması
•Yerli və qlobal məsələlərin həllində gənclər üçün yeni strategilara və ssenarilərin hazırlanması və inkişafı
•Mədəniyyət və ənənlərlə bağlı əşyaların sərgisi
•Mədəniyyətlə bağlı tamaşalar
•Şəhər turu və s.
 
Uyğunluq:  
Müraciət edə bilməniz üçün aşağıdakı kriteriyalara  cavab verməlisiniz: 
•Istənilən ölkənin vətəndaşı olmalısınız
•18 - 35 yaş arası insanlar iştirak edə bilər.
•Öz cəmiyyətinizdə lider olmaq üçün güclü insanlararası ünsiyyətlə bağlı bacarıq və potensialınızı nümayiş etdirməlisiniz.
•Müsbət sosial dəyişikliklər üçün həvəsli və bu sammitdən əldə edəcəyiniz təcrübədən  öz liderlik fəaliyətinizdə istifadə etmək üçün istəkli olmalısınız.
•Siyasət üzrə yerli, milli və beynəlxalq sahələrdə, mətbuat, qeyri-hökumət təşkilatları, biznes sektoru, yerli cəmiyyətlər və b. sahələrdə müəyyən qədər təcrübəyə malik olmalısınız.
•Yüksək ingilis dili bacarığına malik olmalısınız.
 
Maliyyət:
Xahiş edirik nəzərə alın ki, bir sıra təqaüdlər təklif etsək də, bütün iştirakçıların iştirakını təmin edə bilmərik. Qonorarlar aşağıdakı kimi təyin olunub:
•Litvadan kənarda yaşayan iştirakçılar üçün 100 avro
•Litvalı iştirakçılar üçün 100 avro ( yaşayış daxildir)
•Litvalı iştirakçılar üçün 30 avro ( yaşayış daxil deyil )
•Qonorarlara yaşayış, qida və sessiyalarla bağlı əşyalar daxildir.
 
İştirak üçün qonorarlar bütün iştirakçıların maddi vəziyyəti nəzərə alınaraq təyin olunmuşdur. Bununla yanaşı, beynəlxalq iştirakçılardan səyahət və viza xərclərini özlərinin  ödəmələri gözlənilir.
 
Müraciət:
•Biz orijinallığı və unikal perspektivləri dəyərləndiririk.Təşkilat komandası iştirakçıları müxtəlif prefessional və akademik əsaslarla seçəcəklər. Namizədlər səriştələrinə əsaslanan və gender balansını saxlayan müsabiqə yolu ilə seçiləcəklər.
•Müsabiqənin 1-ci mərhələsi ərizələr əsasında həyata keçirilir. Biz skaypla müsahibə mərhələsi üçün 150 iştirakçı seçəcəyik.
•Müsabiqənin 2-ci mərhələsi skaypla müsahibədir. Biz 60 beynəlxalq, 20 Litvalı iştirakçı seçəcəyik.
•Müsabiqədən uğurla keçən bütün namizədlər  2015-ci il fevralın 1–də açıqlanacaq.
 
Müraciət etmək üçün BURA daxil olun.
 
Həm beynəlxalq, həm də Litvalı iştirakçılar üçün son müraciət tarixi 15 yanvar 2015-dir.
 
İştənilən sualınız olarsa BURA daxil olun və ya bura yazın applications@y2ysummit.org
 
Rəsmi internet saytı üçün BURA daxil  olun.