Muzeylərə ödənişsiz giriş | Təhsil Elanları
Muzeylərə ödənişsiz giriş
Bölmə:Elanlar 806 dəfə oxunub
27.12.2014

"Şirvanşahlar Sarayı Kompleksi" BP şirkəti ilə birlikdə məktəbliləri, tələbələri, bütün Bakı sakinlərini və şəhərimizin qonaqlarını qış tətili müddətində "Açıq Qapı" günlərindən faydalanmağa dəvət edir.

Tehsil.im xəbər verir ki, "Açıq Qapı" günləri 27 dekabr - 5 yanvar tarixlərində olacaq. Bu müddət ərzində muzeyə giriş bileti və bələdçi xidməti ödənişsiz olacaq. Hər saatın əvvəlində Azərbaycan, Rus və İngilis dillərində turlar da təşkil olunacaq.

P.S. 31 dekabr tarixində muzey saat 16:00-a qədər fəaliyyət göstərəcək. 1 yanvar isə qeyri-iş günü olduğundan muzey həmin günü bağlı olacaq. Qalan bütün günlər saat 10:00-dan 18:00-a qədər xidmətinizdəyik.