Magistr və doktorantların nəzərinə! | Təhsil Elanları
Magistr və doktorantların nəzərinə!
Bölmə:AMEA 1521 dəfə oxunub
25.12.2014

Qanun layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb 

Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarının doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir.

Tehsil.im-in APA-ya istinadən məlumatına görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin digər komitələrlə birlikdə keçirilən iclasında müzakirəyə çıxarılan yeni “Elm haqqında” qanun layihəsinin 7-ci maddəsinin 9-cu bəndində əksini tapıb.

Qanun layihəsinin “Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı” adlı maddəsinin qeyd olunan bəndində deyilir ki, “Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verir”.

Komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, bu, bir çağırış müddətinə verilən möhlətdir. Yəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq: “Bu, birdəfəlik xidmətdən azad etmək demək deyil”.

Qanun layihəsinin müzakirəsi davam edir.