Vətəndaşlar və vətəndaş cəmiyyəti institutlarının nəzərinə! | Təhsil Elanları
Vətəndaşlar və vətəndaş cəmiyyəti institutlarının nəzərinə!
Bölmə:Dövlət qulluğu 828 dəfə oxunub
11.12.2014

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi hazırlanmış və dövlət orqanlarına təqdim edilmişdir. Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilmişdir.

24 dekabr 2014-cü il tarixdə Komissiya tərəfindən “Hyatt Regency Baku” otelinin “Şuşa” zalında “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin müzakirəsi ilə bağlı ictimai dinləmə keçiriləcəkdir. İctimai dinləmədə Komissiyanın səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, mütəxəssis və ekspertlərin iştirakı nəzərdə tutulur. Layihənin müzakirəsinə vətəndaşlar da dəvət olunur.

Vətəndaşlar və vətəndaş cəmiyyəti institutları ictimai dinləmə və ictimai müzakirədə iştirak edə və “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin müzakirəsi zamanı öz mülahizələrini bildirə bilərlər. Layihənin müzakirəsi zamanı vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, mütəxəssis və ekspertlər tərəfindən verilən rəy, irad və təkliflər nəzərə alınacaqdır.

Qeyd edək ki, 22 oktyabr 2014-cü il tarixdən “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyası Komissiyanın rəsmi internet saytının ( www.dqmk.gov.az) “Qanunvericilik” bölməsinin “Normativ hüquqi aktların layihələri” altbölməsində yerləşdirilərək ictimai müzakirəyə təqdim edilmişdir.

Yenidən işlənilmiş “Dövlət Qulluğu Məcəlləsi” layihəsinə dair rəy və təkliflərinizicsc@csc.gov.az ünvanına göndərməyinizi xahiş edirik.