“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi ictimai müzakirəyə təqdim edilmişdir | Təhsil Elanları
“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi ictimai müzakirəyə təqdim edilmişdir
Bölmə:Dövlət qulluğu 824 dəfə oxunub
11.12.2014

Komissiya tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyası hazırlanmış və həm Komissiyanın rəsmi internet saytının (www.dqmk.gov.az) “Qanunvericilik və digər aktlar” bölməsinin “Normativ hüquqi aktların layihələri” altbölməsində, həm də  Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələri” portalında yerləşdirilərək ictimai müzakirəyə təqdim edilmişdir. Maraqlanan şəxslər “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinə dair rəy və təkliflərini həm Komissiyanın rəsmi internet saytı, həm də portal vasitəsilə bildirə bilərlər.

Tehsil.im