Bu gün "Bakutel-2014" sərgisi açılacaq | Təhsil Elanları
Bu gün "Bakutel-2014" sərgisi açılacaq
Bölmə:Təqdimat və Sərgilər 1269 dəfə oxunub
02.12.2014

Yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək

Bu gün Bakı sərgi mərkəzində Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” “Bakutel-2014” sərgi və konfransı öz işinə başlayacaq. 

“Bakutel”in 20-ci yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək. 

Bu illər ərzində “Bakutel-2014” sərgisi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı informasiya-kommunikasiya texnologiyaları forumuna çevrilib.(ans)