Prezident təqaüdünə layiq görülmüş tələbələr haqqında məlumat | Təhsil Elanları
Prezident təqaüdünə layiq görülmüş tələbələr haqqında məlumat
Bölmə:Tələbə qəbulu 690 dəfə oxunub
21.11.2014

"Abituriyent" jurnalının 11-ci sayı nəşr olunmuşdur. Həmin jurnala olan ictimai marağı nəzərə alaraq, burada verilmiş materialları səhifəmizdə hissə-hissə təqdim edirik. İlk olaraq Prezident təqaüdçüləri haqqında məlumatları nəzərinizə çatdırırıq.

Tehsil.im xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014‐cü il tarixli sərəncamına əsasən bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbəyə Prezident təqaüdü təyin edilmişdir. 
I ixtisas qrupunda Prezident təqaüdünə 682 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülmüşlər. Onlardan 8 nəfəri qız, 17 nəfəri isə oğlandır. 
II ixtisas qrupunda Prezident təqaüdünə 677 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülmüşlər. Onlardan 4 nəfəri qız, 21 nəfəri isə oğlandır. 
III ixtisas qrupunda Prezident təqaüdünə 675 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülmüşlər. Onlardan 17 nəfəri qız, 8 nəfəri isə oğlandır. 
IV ixtisas qrupunda Prezident təqaüdünə 679 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülmüşlər. Onlardan 13 nəfəri qız, 12 nəfəri isə oğlandır. 
Naxçıvan Muxtar Respubikasından isə II ixtisas qrupu üzrə qəbul imtahanında 674 bal topla mış 1 nəfər oğlan və IV ixtisas qrupunda 677 bal toplamış 1 nəfər oğlan Prezident təqaüdünə layiq görülmüşlər. 
Ümumilikdə Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 42 nəfəri qız, 60 nəfəri isə oğlandır. 
Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 21 nəfər Azərbaycan
Diplomatik Akademiyasına, 17 nəfər Bakı Ali Neft Məktəbinə, 10 nəfər “Qafqaz” Universitetinə, 3 nəfər Bakı Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 1 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Dövlət
Neft Akademiyasına daxil olmuşdur.