Bilik Fondu “Universitet qrantı” müsabiqəsinə start verdi | Təhsil Elanları
Bilik Fondu “Universitet qrantı” müsabiqəsinə start verdi
Bölmə:Elanlar 860 dəfə oxunub
18.11.2014

“Universitet qrantı” müsabiqəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərir.

Yeni formatlı müsabiqənin (www.sdf.gov.az) təşkilində məqsəd ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsidir. Müsabiqəyə ilk növbədə aşağıdakı ali təhsil müəssisələrindən təqdim olunmuş layihələr maliyyələşdiriləcək:
Azərbaycan Dövlət Neft Akademiyası;
Azərbaycan Tibb Universiteti;
Azərbaycan Dövlət Aqrar Universiteti;
Azərbaycan Dövlət İqtisad Universiteti;
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

Müsabiqəyə sənəd qəbulu 1 ay davam edəcək. Nəzərdə tutulan ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya ilkin mərhələdən keçmədikdə, digər ali təhsil müəssisələrinin layihələri maliyyələşdiriləcək. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır. Bu müddət ərzində qrant iddiaçılarına müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin ümumi həcmi 910 000 manatdır. Ətraflı məlumat üçün linkə daxil olun. 

ƏTRAFLI MƏLUMAT