Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək | Təhsil Elanları
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək
Bölmə:Tələbə qəbulu 802 dəfə oxunub
17.11.2014

Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) 2014-cü il noyabrın 19-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir

Tehsil.im TQDK-nın rəsmi saytına istinadən məlumat verir ki, imtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında, (Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında) keçiriləcəkdir. 
Sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən cari ilin sentyabrın 17-dən noyabrın 14-dək aparılmışdır. İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçmişdir. 
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır. 
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17 və 18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. 
İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcəkdir.