Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlandı | Təhsil Elanları
Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlandı
Bölmə:Tələbə qəbulu 996 dəfə oxunub
16.11.2014

Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə 2014-cü il noyabrın 16-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir. 

İmtahan bütün binalarda saat 11:00-da başlanmış və 3 saat ərzində aparılmışdır. 

İmtahanın nəticələri elə həmin gün saat 17:30-dan etibarən TQDK-nın internet saytında elan olunmuşdur. 

Tehsil.im TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün 1717 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 344 namizəd imtahana gəlməmişdir. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilmişdir. İmtahanda iştirak edən 1372 namizəddən 288 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılmışdır. 

Ən yüksək nəticə 94 bal olmuşdur.

Nəticələrə buradan baxa bilərsiniz  https://eservices.tqdk.gov.az/imtnetice/VERGI1116.htm