BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR! | Təhsil Elanları
BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!
Bölmə:Elanlar 2549 dəfə oxunub
12.11.2014

Vətənin pərvəri ol!
BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!

Tehsil.im xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. 

• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.

Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!

Müsabiqədə iştirak etmək istəyənlər orijinal, heç yerdə çap olunmayan və sərgilənməyən əsərlərini və özləri haqqında məlumatı aşağıdakı ünvana təqdim edə bilərlər:
Az 1069, Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 7
Tel.: (+994 12) 561-71-41; 561-60-41; 561-60-51
bilikfondu@gmail.com

İştirakçılar haqqında məlumat

Adı, soyadı,
atasının adı Doğum tarixi və yeri İşlədiyi, yaxud təhsil aldığı yer Əlaqə telefonu və elektron ünvanı Qatıldığı nominasiya