"Mənim elektron hökumətim" müsabiqəsi | Təhsil Elanları
"Mənim elektron hökumətim" müsabiqəsi
Bölmə:Elanlar 1089 dəfə oxunub
03.11.2014

Tehsil.im xəbər verir ki, RYTN-nin MHM-nin elan etdiyi “Mənim elektron hökumətim” Müsabiqəsi davam edir. Artıq yazıların və video materialların qəbulu başlanıb.

Hörmətli müsabiqə iştirakçıları!
1. Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər. 
2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın 10- dək aparılacaq. 
3. Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər. 
4. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir. 
5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır. 
6. Video 1 -5 dəqiqəlik olmalıdır. 
7. Məqalə 8000 -14000 simvol həcmində olmalıdır. 
8. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; 
9. Hər bir məqalə və süjet də "Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir. 
10. Qiymətləndirmə zamanı iştirakçının "Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır. 

Zəng mərkəzi: 012 157
Fax: 012 565 14 52

Müsabiqə üçün yazılmış məqalələr və ya video sujet bu ünvana göndərilməlidir: musabiqa@rabita.az