PASHA Holding-də işləmək imkanı | Təhsil Elanları
PASHA Holding-də işləmək imkanı
Bölmə:İş Elanları 1380 dəfə oxunub
31.10.2014

PASHA Holding Mühasib (Vergi Mühasibi) vakansiyası üçün təcrübəli namizədləri dəvət edir.

Vergi Mühasibi vəzifəsinə tələblər:

• İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi;
• Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;
• Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;
• Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
• ACCA/CİMA/CPA peşəkar ixtisasartırmasının mövcudluğu arzuolunandır;
• SAP bilikləri arzuolunandır;
• Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
• Hesabatların hazırlanması və yazı bacarıqları;
• Azrbaycan və İngilis dillərində mükəmməl həm danışıq həm də yazı bacarığı;
• Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
• Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
• Yeni yaranmış vəziyyəti, informasiya və tapşırıqları tədqiq etmək və tez uyğunlaşmaq qabiliyyəti;
• Yaxşı ünsiyyət qurma bacarığı;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialin SAP sisteminə yerləşdirilməsi;
• Hesab-fakturalar və ƏDV hesab-fakturalarının hazırlaması və SAP sistemində idarə edilməsi;
• Vergi məqsədi ilə balans hesabatı və gəlir bəyanatlarının hazırlaması;
• Köhnəlmənin hesablanması və vergi məqsədi ilə əsas vəsaitlərin qeydiyyatının hazırlanması;
• Müxtəlif dövlət orqanlarına təqdim edilməsi üçün ƏDV hesabatları da daxil olmaqla aylıqrüblükillik vergi bəyannamələrinin, Şəxsi gəlir vergisi, Ödəniş mənbəyindən tutulan vergi, Təşkilatın mənfəət vergisi hesabatlarının hazırlanması;
• Ehtiyac yarandığı zaman Vergi məcəlləsi, Əmək məcəlləsi və digər qanunvericilik sənədlərini tədqiq edilmək və onlarla işləmək ;
• Şirkətin vergi siyasətinin illik icmalı;
• Maliyyə direktorunun bütün əlavə göstərişlərinin yerinə yetirilməsi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
 
• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Vergi Mühasibi” qeyd olunmalıdır;
• CV-lər 30 noyabr 2014-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geс  müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.