Kaspi Təhsil Mərkəzində Vakansiyalar | Təhsil Elanları
Kaspi Təhsil Mərkəzində Vakansiyalar
Bölmə:İş Elanları 4282 dəfə oxunub
31.10.2014

Kaspi Təhsil Mərkəzində aşağıdakı vakansiyalar vardır.

Vakansiya: Rus dili müəllimi ( Bakı )

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 30 Oktyabr 2014
Son tarix: 20 Noyabr 2014
Vakansiya nömrəsi: 010
Yerləşdiyi ərazi: Bakı
İş saatları: Dəyişkən (Cədvələ əsasən)
Əmək haqqı: İş təcrübəsi və cədvəldən asılı olaraq 300 - 600 AZN

 Vakansiya tələbləri:

Pedaqoji sahədə ali təhsil  - minimum Bakalavr (Rus dili) və ya rus bölməsində ali təhsili olanlar
Rus dilinin tədrisi üzrə minimum 1 il iş təcrübəsi
Tələbələr və şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə
Müxtəlif yaş qrupları ilə işləməyi bacaran
Müasir tədris metodlarından və elektron vasitələrdən istifadə bacarıqları
Öyrətmə həvəsi və kommunikasiya bacarığı

 Vəzifə və funksiyaları:

İnteraktiv metodlarla rus dilinin bütün səviyyələrdə tədrisi
Rus dilinin müxtəlif yaş qrupları üçün tədrisi
Aylıq tədris planının müxtəlif yaş qrupları üçün hazırlanması
Tələbələr üçün dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi
Rəhbərliyə mütəmadi olaraq tələbələrin göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Müəllimlər üçün təşkil olunan təlimlərdə iştirak edilməsi

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “Rus dili müəllimi ( Bakı )”

Vakansiya: Satış üzrə mütəxəssis/Qeydiyyatçı

İşə götürən: Kaspi Təhsil Şirkəti

Elan tarixi: 31 Oktyabr 2014
Son tarix: 10 Noyabr 2014
Vakansiya nömrəsi: 011
Yerləşdiyi ərazi: Bakı
İş saatları: 44/6
Əmək haqqı: Aylıq 300 – 500  +  əlavə aylıq bonuslar

Vəzifə öhdəlikləri:

Müştərilərin telefon zənglərinə və e-mail - lərinə cavab verilməsi
Gün ərzində şirkətə gələn müştərilərə şirkətin məhsulları haqqında məlumatın verilməsi
Müştərilərin irəli sürdüyü təkliflərə əsasən onlara uyğun məhsullarla xidmət edilməsi
Mütəmadi olaraq gələn zənglərin siyahısının, sayının izləməsi
Tələb olunan məhsulların sayının və tezliyinin izləməsi, monitorinqi və hesabatı
Digər şirkətlərin irəli sürdüyü təkliflərin öyrənilməsi və bazara uyğun öz təklif paketlərinin hazırlanması
Tələbələrin müxtəlif dərs cədvəllərinə uyğun yerləşdirilməsi, bununla bağlı müvafiq müəllimlərin məlumatlandırılması
Tələbələrin dərs ödənişlərinin uçotu

Vakansiya tələbləri:

Ümumi ali təhsil (minimum bakalavr), Menecment, Biznes, İqtisadiyyat sahələrində təhsili olanlara üstünlük veriləcəkdir.
Microsoft Office Word, Excel, Power Point biliyi
Minimum 1 illik iş təcrübəsi (Qeydiyyat, resepsion və ya satış sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.)
Rus dili biliyi
Telefonla danışıq, kommunikasiya, prezentasiya bacarıqları

 Maraqlanan şəxslərdən  veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.

Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “Satış üzrə mütəxəssis/Qeydiyyatçı”

Zəhmət olmasa aşağıdakı Ərizə Forması - nı doldurub  info@kaspi.edu.az elektron ünvanına göndərin. 

Qeyd: Şəxsi CV - lərə baxılmayacaqdır.