Təhsil mərkəzinə müəllim axtarılır | Təhsil Elanları
Təhsil mərkəzinə müəllim axtarılır
Bölmə:İş Elanları 2164 dəfə oxunub
31.10.2014

Tehsil.im xəbər verir ki, Kaspi Təhsil Mərkəzi aşağıdakı vakansiyaları elan edir.

Burada çalışmaq istəyirsinizsə zəhmət olmasa aşağıdakı ƏRİZƏ FORMASInı ( CV forması ) doldurub  info@kaspi.edu.az elektron ünvanına göndərin. 

Qeyd: Şəxsi CV - lərə baxılmayacaqdır.

Ərizə Forması - nı yükləmək üçün üzərinə basın.

Vakansiya: Rus dili müəllimi (GƏNCƏ)

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 29 Oktyabr 2014
Son tarix: 20 Noyabr 2014
Vakansiya nömrəsi: 007
Yerləşdiyi ərazi: Gəncə
İş saatları: Dəyişkən (Cədvələ əsasən)
Əmək haqqı: İş təcrübəsi və cədvəldən asılı olaraq 300 - 600 AZN

 Vakansiya tələbləri:

Pedaqoji sahədə ali təhsil  - minimum Bakalavr (Rus dili) və ya rus bölməsində ali təhsili olanlar
Rus dilinin tədrisi üzrə minimum 1 il iş təcrübəsi
Tələbələr və şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə
Müxtəlif yaş qrupları ilə işləməyi bacaran
Müasir tədris metodlarından və elektron vasitələrdən istifadə bacarıqları
Öyrətmə həvəsi və kommunikasiya bacarığı

 Vəzifə və funksiyaları:

İnteraktiv metodlarla rus dilinin bütün səviyyələrdə tədrisi
Rus dilinin müxtəlif yaş qrupları üçün tədrisi
Aylıq tədris planının müxtəlif yaş qrupları üçün hazırlanması
Tələbələr üçün dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi
Rəhbərliyə mütəmadi olaraq tələbələrin göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Müəllimlər üçün təşkil olunan təlimlərdə iştirak edilməsi

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “Rus dili müəllimi (GƏNCƏ)”

Vakansiya: İngilis dili müəllimi (GƏNCƏ)

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 29 Oktyabr 2014
Son tarix: 20 Noyabr 2014
Vakansiya nömrəsi: 008
Yerləşdiyi ərazi: Gəncə
İş saatları: Dəyişkən (Cədvələ əsasən)
Əmək haqqı: 300 – 800 AZN

 Vakansiya tələbləri

Minimum Bakalavr (İngilis dili müəllimliyi, (İngilis dili müəllimliyi, tərcümə, britaniyaşünaslıq və amerikaşünaslıq ixtisasları üzrə)
İngilis dilinin tədrisi üzrə minimum 1 il iş təcrübəsi
Tələbələr və şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə
TOEFL və ya IELTS sertifikatlarının olması üstünlükdür.
Xaricdə təhsil alması üstünlükdür
CELTA, TKT, DELTA sertifikatlarının olması üstünlükdür

 Vəzifə və funksiyaları

İnteraktiv metodlarla ingilis dilinin bütün səviyyələrinin tədrisi
İngilis dilinin müxtəlif yaş qrupları üçün tədrisi
Aylıq tədris planının hər qrup üçün hazırlanması
Tələbələr üçün dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi
Rəhbərliyə mütəmadi olaraq tələbələrin göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Müəllimlər üçün təşkil olanan təlimlərdə iştirak edilməsi

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “İngilis dili müəllimi (GƏNCƏ)”
 

Vakansiya: Məktəbəqədər hazırlıq üzrə müəllim (GƏNCƏ)

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 29 Oktyabr 2014
Son tarix: 20 Noyabr 2014
Vakansiya nömrəsi: 009
Yerləşdiyi ərazi: Gəncə
İş saatları: Dəyişkən
Əmək haqqı: İş təcrübəsindən və cədvəldən asılı olaraq 200 - 500 AZN

 Vakansiya tələbləri

Minimum bakalavr təhsili - İbtidai sinif müəllimliyi, ibtidai metodika üzrə ali təhsili olan şəxslər
Uşaqlar və ya şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə
4 - 6 yaş qrupları ilə işləməyi bacaran
Müasir tədris metodlarından və elektron vasitələrdən istifadə bacarıqları
Öyrətmə həvəsi və kommunikasiya bacarığı

 Vəzifə və funksiyaları

İnteraktiv metodlarla uşaqlara məktəbəqədər hazırlıq biliklərinin tədrisi
Aylıq tədris planının müxtəlif aşağı yaş qrupları üçün hazırlanması
Uşaqlar üçün həftəlik dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması
Gündəlik dərslərin keçirilməsi
Həftəsonları uşaqların bilik səviyyəsinin yoxlanılması
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi
Rəhbərliyə mütəmadi olaraq uşaqların göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Müəllimlər üçün təşkil olunan təlimlərdə iştirak edilməsi
Valideynlər ilə işləmə bacarığı, valideynlərə uşaqları ilə bağlı məlumatların verilməsi
Ehtiyac olduqda uşaqlarla fərdi qaydada ünsiyyət qurulması
Uşaqlara gün ərzində nəzarət və uşaqların sahiblərindən səhər və günün sonunda təhvil alınması və  geri verilməsi

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.

Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “Məktəbəqədər hazırlıq üzrə müəllim (GƏNCƏ)”