İşdə «gözə girməyin» 6 yolu | Təhsil Elanları
İşdə «gözə girməyin» 6 yolu
Bölmə:İş Elanları 1447 dəfə oxunub
29.10.2014

ƏMƏLLƏRİNİZ NƏ QƏDƏR FAYDALI OLSA DA, SÖZ QƏDƏR UCADAN DANIŞA BİLMƏZ

Uğurlarından danışmağı sevməmək, özünü rəhbərliyin gözünə soxmamağa çalışmamaq indiki dövrdə günün tələblərinə cavab verməmək, zamanla ayaqlaşa bilməmək kimi qiymətləndirilir. Başını aşağı salıb işini vicdanla yerinə yetirənlər! Bununla rəhbərliyin diqqətini cəlb edəcəyinizdən o qədər arxayın olmayın. Necə deyərlər, ağacların arxasındakı meşəni görmək çox çətindir. Əməlləriniz nə qədər faydalı olsa da, söz qədər ucadan danışa bilməz.

Rəhbərliyin və həmkarların gözündə əlavə xal qazanmaq, yalançı ciddilikdən xilas olmaq istəyənlərə 6 məsləhət:

1. Kənarda qalmayın. Təşkilatınızda ən böyük problemin həllini boynunuza götürün. Əgər Siz bacarsanız, problemin öhdəsindən uğurla gəlsəniz, həmkarlarınız və rəhbərlik mütləq bunun fərqində olacaqlar.

2. Ünvanınza deyilən xoş sözləri qəbul edin. Kimsə sizi tərifləyəndə, «bu, o qədər də mürəkkəb məsələ deyildi», «bu problemi həll etmək üçün mənə bir neçə saat kifayət etdi» kimi tərifin miqyasını kiçildən cümlələr işlətməyin. Əksinə onun tərifini qiymətləndirdiyinizi göstərin: «Sağ ol, mənə çox xoşdur ki, sən mənim elədiklərimi diqqətdən qaçırmırsan».

3. Utancaq olmayın. Tədbirlərdə həmişə söz deyin. Elə yerdə oturun ki, sizi hamı görsün. Əgər təbiətən utancaq adamsınızsa, psixoloqa gedin ki, o, Sizi  ictimai yerlərdə çıxış etməkdən çəkinmə kompleksindən qurtarsın.

4. Talantınızı özünüz üçün saxlamayın. Sizi başqalarından fərqləndirən keyfiyyətinizi nümayiş etdirin. Əgər Siz yaradıcı adamsınızsa, bütün tədbirlərin gözü olacaqsınız.

5. Uğurlarınızın səlnaməsini yazın. Bunun üçün «Word»də bir fayl yaradın ki, nailiyyətlərinizin uçotunu aparasınız. Hər dəfə qeyri-adi nə isə edəndə onu qeydə alın. Nə etmisiniz, sizin etdikləriniz niyə vacibdir? Bunları izah etməyə çalışın. İşinizlə bağlı başqalarının xoş rəylərini həmin fayla əlavə edin. Hər növbəti müzakirədən əvvəl həmişə bu fayldakıları oxuyun.

6. İnternetdə həmişə özünüzü və şirkətinizi təbliğ edin. Peşəkar müzakirələrdə şirkətinizin və özünüzün təcrübəsini bölüşməkdən çəkinməyin.