Esse və dissertasiya yazmaq qaydaları - ÖDƏNİŞSİZ TƏLİM | Təhsil Elanları
Esse və dissertasiya yazmaq qaydaları - ÖDƏNİŞSİZ TƏLİM
Bölmə:Təlimlər / Trainings 2052 dəfə oxunub
14.02.2018

”Qələm qılıncdan güclüdür” demişdir Vilyam Şekspir. Fikri düzgün, dəqiq və əsaslı formada ifadə edə bilmək elm sahəsində ən dəyərli keyfiyyətlərdən biridir. Bunun üçün isə hər bir elm sahəsində tətbiq edilən esse və dissertasiyaların yazılma qaydalarını bilmək şərtdir.

Məhz bu məsələnin əhəmiyyətini dərk edərək, Azərbaycan Elm Assosiasiyası və İB Klub birlikdə ”Esse və dissertasiya yazmaq qaydaları” praktiki təlimini təşkil edir. 24 Fevral tarixində İB Klubun baş ofisində baş tutacaq təlim dünyanın nüfuzlu universitetlərində təhsil almış və çoxsaylı elmi işlər yazaraq bu sahədə böyük təcrübəyə malik gənclər tərəfindən keçiriləcək. Təlimdə bu qəbildən olan işlərin yazılma qaydaları və prinsipləri əyani nümunələr vasitəsilə öyrədiləcək. Daha sonra isə, iştirakçılara öz təxəyyülləri əsasında kiçik məqalə yazmaq üçün imkan veriləcək ki, onlar da təqdimatçılar tərəfindən qiymətləndiriləcək.

İştirakçılara təlimdə əhatə edilən məsələlərin yığcam şəkildə yerləşdirildiyi vərəqlər seminarın sonunda veriləcək.

3 saat davam edəcək təlim iki hissədən ibarət olacaq – dəqiq və humanitar elmlərdə esse və dissertasiya yazmaq qaydaları. İlk hissədə humanitar, ikinci hissədə isə dəqiq elmlər üzrə təlim keçiriləcək.

Təlimdə iştirak edənlərə sertifikat veriləcək. Təlim ödənişsizdir.

 

Təqdimatçılar:

  • İnqilab Şahbazov (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi)
  • Orxan Kərimzadə (London Imperial Kolleci)