Tələbələr və abituriyentlər üçün ÖDƏNİŞSİZ seminar | Təhsil Elanları
Tələbələr və abituriyentlər üçün ÖDƏNİŞSİZ seminar
Bölmə:Təlimlər / Trainings 1694 dəfə oxunub
12.02.2018

Hörmətli Tələbələr və Abituriyentlər,

Sizi, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi ilə həyata keçirilən "Mühəndislərlə Gələn Gələcək" layihəsində iştirak etməyə dəvət edirik.
_________________________________________________
Neft Qaz Mühəndisliyi: 
Əli Nağıyev Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Neft-qaz mühəndisliyi ixtisasında tamamladıqdan sonra Böyük Britaniyanın Heriot Watt Universitetində Neft-qaz mühəndisliyi ixtisasında Magistr pilləsinə qəbul olmuşdur. Təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Neft-qaz və Rezervuar mühəndisliyi üzrə doktorluq dərəcəsi ilə davam etdirmişdir. 2012-2014-cü illər ərzində Azərbaycan Neft-qaz mühəndisləri Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. Hazırda BP şirkətində Neft-qaz mühəndisi vəzifəsində çalışırq 
Fidan Səlimzadə 2012-2017-ci illərdə Bakı Ali Neft Məktəbi və Heriot Watt Universitetinin birgə proqramı ilə Neft qaz mühəndisliyi ixtisasında təhsil almışdır. Bu dövrdə Bakı Ali Neft Məktəbi Neft qaz mühəndisləri Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir. Hazırda BP şirkətində Rezervuar mühəndisi kimi çalışır. 
Tarix: 18.02.18
Saat: 10:00-12:00
_________________________________________________
Kimya Mühəndisliyi: 
Vüsalə Məmmədova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya-texnologiya fakültəsinin neft ve qazın emalı texnologiyası ixtisası üzrə bakalavr və magistr pilləsini bitirmişdir. İş fəaliyyətinə H. Əliyev adına Neft emalı zavodunda kimyəvi təhlil laborantı kimi başlayan Vüsalə Məmmədova daha sonra kimyaçı- mühəndis pilləsini keçərək, hal- hazırda karyerasını həmin zavodun laboratoriya rəisi olaraq davam etdirir.
Tarix: .24.02.18
Saat: 11:00-12:00
_________________________________________________
Prosesl'rin Avtomatlaşdırılması Mühəndisliyi: 
Abbas Əlili 253 saylı orta məktəbi "Fəxri Fərmanla" bitirdikdən sonra 642 balla Azərbaycan Dövlət Neft Akademiyasına "İstehsalat proseslərinin avtomatlaşdırılması və İT" (Tempus proqramı) ixtisası üzrə qəbul olub. 2011-2014-cü illərdə Almaniyanın Ştutqart Universitetində "Embedded Systems Engineering" (İnteqrə olunmuş sistemlər) ixtisası üzrə magistr təhsili alıb.2014-cü ilin noyabr ayından etibarən Bakı Ali Neft Məktəbinin "Kompüter və İKT" kafedrasında müəllim vəzifəsində çalışır.
Tarix: .24.02.18
Saat: 10:00-11:00
_________________________________________________
İştirak Ödənişsizdir.
İştirakçılar Sertifikatlarla təltif ediləcəklər.
Əlaqə: 
https://www.facebook.com/anar.bedelbeyli
bedelbeyli.anar@gmail.com
+994513421652