Qəbul və buraxılış imtahanlarının tarixləri bilindi - CƏDVƏL | Təhsil Elanları
Qəbul və buraxılış imtahanlarının tarixləri bilindi - CƏDVƏL
Bölmə:Tələbə qəbulu 852 dəfə oxunub
06.02.2018

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

Dövlət İmthan Mərkəzindən Tehsil.im-ə verilən məlumata görə, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Tədbir

Tarix (2018‑ci il)

Qeyd

 Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:

 ərizə qəbulu

 2- 12 fevral

 

 İmtahana buraxılış vərəqəsinin çap edilməsi

 20- 24 fevral

 

 QƏBUL İMTAHANI – 1-ci mərhələ

 25 fevral

 

 Proqram seçimi

 7- 17 may

 

 İmtahana buraxılış vərəqəsinin çap edilməsi

 25 may- 2 iyun

 

 QƏBUL İMTAHANI – 2-ci mərhələ

 3 iyun

 

 Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı

 20- 30 aprel

 

 Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 

 7- 11 may

 

 İxtisaslaşma  seçimi 

 8- 18 iyun

 

 68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı

 6-8 iyun

 

 bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 28 iyun- 11 iyul

 

 AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat

 7 iyun- 10 iyul

 

 AMEA magistraturasına qəbul olmaq üçün müsahibə

 12 iyun- 14 iyul

 

 boş qalan yerlərə ixtisas seçimi

 7- 13 avqust

 

 boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 16-24 avqust

 

 Azərbaycan Respublikasında rezidenturaya :

 ərizə qəbulu

 15- 22 fevral

 

 İmtahana buraxılış vərəqəsinin çap edilməsi

 27- 31 mart

 

 QƏBUL İMTAHANI 1-ci mərhələ

 1 aprel

 

 I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı

 4- 11 iyun

 

 İmtahana buraxılış vərəqəsinin çap edilməsi

 4- 7 iyul

 

 QƏBUL İMTAHANI 2-ci mərhələ

 8 iyul

 

 İxtisas seçimi 

 10- 16 iyul

 

 namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 3- 7 iyul

 

 boş qalan yerlərə ərizə qəbulu

 31 iyul- 1 avqust

 

 Sınaq imtahanı (elektron)

 16 may (II mərh)

 

 Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)

 1-ci imtahan

 22 aprel

 

 29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat

 18 – 29 may

 

 18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün  2-ci imtahan 

 10 iyun

 

 elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş  abituriyentlər üçün imtahan

 10 iyun

 

 2-ci imtahan 

 10 iyun

 

 Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:

 Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları

 1, 15, 29 aprel

 

 ərizə qəbulu  (I – V qruplar)

 29 mart- 30 aprel

 

 ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün   elektron qeydiyyatı

 17 may- 14 iyun

 

 QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə

 13 may

 

 QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə

 20 may

 

 QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə

 18 iyul

 

 QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə

 26 iyul

 

 QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə

 10 iyul

 

 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

 V qrup üzrə 6- 16 iyul

 I qrup üzrə 21- 24 iyul

 

 Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı

 29- 31 iyul

 11- 13 avqust (boş qalan     yerlərə)

 

 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)

 V qrup üzrə 23 iyul- 12 avqust

 I qrup üzrə 30 iyul- 2 avqust 

 

 Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı

 30 iyul- 3 avqust

 13- 16 avqust (boş qalan yerlərə)

 

 jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı

10-30 aprel

 

 jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı

 6 avqust

 

 İxtisas seçimi (I – IV qrup)

 30 iyul- 13 avqust

 

 İxtisas seçimi (V qrup)

 30 iyul- 13 avqust

 

 abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)

 16- 28 avqust

 

 boş qalan yerlərə ixtisas seçimi

 16- 20 avqust

 

 boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 24 avqust- 3 sentyabr

 

 hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı

 30 iyul

 

 Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında:

 ərizə qəbulu

 1- 27 mart

 

 QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları)

 15 aprel

 

 QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları)

 10 iyul

 

 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

 6-16 iyul

 

 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

 30 iyul- 3 avqust

 

 ixtisas seçimi

 25 iyul- 6 avqust

 

 abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 9-24 avqust

 

 boş qalan yerlərə ixtisas seçimi

 28 avqust- 3 sentyabr

 

 boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 5- 12 sentyabr

 

 Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında:

 ərizə qəbulu

 29 mart- 30 aprel

 

 QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)

 10 iyul

 

 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

 6-16 iyul

 

 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

 23 iyul- 3 avqust

 

 ixtisas seçimi

 16- 20 avqust

 

 abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 24- 30 avqust

 

 boş qalan yerlərə ixtisas seçimi

 1- 5 sentyabr

 

 boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

 7-12 sentyabr

 

 Buraxılış imtahanları:

 İlk peşə-ixtisas təhsili müəssisələri

 18 mart

 

 Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət  

 4 mart

 

 Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət  

 11 mart

 

 Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət  

 18 mart

 

 Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

 15 aprel

 

 Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət

 21 iyun

 

 Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət

 27 iyun

 

 Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət

 3 iyul

 

 Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ))

 10 iyul

 

 Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət

 21 iyun

 

 Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət 

 27 iyun

 

 Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət

 3 iyul

 

 Tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

 10 iyul

 

 

 

Qeyd edək ki, ölkədə keçirilə biləcək digər kütləvi tədbirlər nəzərə alınaraq qrafikdə dəyişikliklər edilə bilər. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.