İqtisad Universitetində işləmək imkanı! | Təhsil Elanları
İqtisad Universitetində işləmək imkanı!
Bölmə:İş Elanları 2598 dəfə oxunub
31.01.2018

UNEC müəllimi adını qazanmaq istəyənlər üçün yeni imkan!

Gələcəyini müəllimlik peşəsinə həsr etmək istəyən, tələbələrlə çalışmağa həvəs göstərən, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi UNEC-in müəllim kollektivinə qoşulmağa dəvət edirik.

2018/2019-cu tədris ili üçün Türk dünyası işlətmə fakültəsində “İqtisadiyyat”, “Maliyyə”, “Mühasibat uçotu və audit”, “Biznesin idarə edilməsi” və “Marketinq” ixtisasları üzrə Türkiyə türkcəsində, UNEC-in Zaqatala filialında isə “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Maliyyə”, “Turizm və otelçilik”, “Biznesin idarə edilməsi”, “Menecment”, “Marketinq” və “İnformasiya Texnologiyaları” ixtisasları üzrə azərbaycan dilində tədris aparmaq istəyənlər CV formalarını 15 mart 2018-ci il tarixinədək cv@unec.edu.az email ünvanına göndərə bilər. 
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. UNEC-in Zaqatala filialına qəbul zamanı bu regiondan olan namizədlərə üstünlük veriləcək. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi müsahibə təşkil ediləcək.

Müəllim adını zirvədə qoruyacaq hər kəsi UNEC kollektivində görməyə şad olarıq!