Bölmə:İş Elanları 952 dəfə oxunub
New Concept dizayn studiosu öz komandasına zövqlü, bacarıqlı, yaradıcı SMM üzrə mütəxəssis axtarır
Tələblər:
İşə yaradıcı və fərqli yanaşma bacarığının olması;
Azərbaycan və rus dillərini mükəmməl bilməli;
Çalışqan, enerjili, təşəbbüskar, geniş təxəyyülə malik və yenilikçi olmalı;
Qrafik dizayn proqramlarında işləyə bilmək (Adobe Photoshop, Corel Draw), həmçinin fotoqrafiya və redaktə etmə (postprocessing) qabiliyyəti olmalı;
Sosial media sahəsində kifayət qədər təcrübəli olmalı;
SEO bacarıqlarının olması;
Sərbəst və komanda şəklində işləməyi bacarmalı, yüksək səviyyədə yazılı kommunikasiya qabiliyyəti olmalı;
Öhdəliklər:
İnformativ, cəlbedici kontentlərin hazırlanması;
Reklam alətləri, ideal post standartlarını bilmək, reytinqləri araşdırmaq;
Yeni ideyalar irəli sürmək və onları düzgün şəkildə çatdırmaq;
Postları moderasiya etmək, sualları cavablandırmaq, təklif və iradlara adekvat şəkildə reaksiya vermək.
Biz öz növbəmizdə sizə təklif edirik:
Şəhərin mərkəzində rahat ofis;
Stabil əmək haqqı;
Rəsmi əmək müqaviləsi;
Ən əsası — güclü və yaradıcı komandada çalışmaqla, öz biliklərinizi inkişaf etdirmək imkanı.
Əmək haqqı müsahibə gedişatı zamanı müəyyənləşdiriləcək.
Uyğun şəxslər öz CV fayllarını idarə etdiyi səhifə linkləri və ya hazırladıqları postlardan nümunələrlə birlikdə resume@newconcept.az ünvanına göndərə bilərlər.