Təcrübəçi marketoloq axtarılır | Təhsil Elanları
Təcrübəçi marketoloq axtarılır
Bölmə:İş Elanları 556 dəfə oxunub
21.01.2018

“Sonuncu Əsr”dərgisi təcrübəçi marketoloq axtarır

“Sonuncu Əsr” dərgisi marketoloq bölümü üzrə təcrübə proqramı elan edir. Proqramın sonunda təcrübə alındığıyla bağlı rəsmi sertifikat veriləcək və daha sonra uğurla seçilənlər daimi çalışa biləcəklər.

Formu uğurla dolduranlar arasında seçilənlər müsahibəyə dəvət ediləcək və testdən sonra qəbul olunacaq.Proqramın müddəti 3 aydır,proqram daxilində Dərgi heyətinin yararlandığı bütün güzəştlərdən yararlanma imkanı təcrübəçilərə də verilir.

Marketoloqların öhdəlikləri:
1. Sosial şəbəkələrin (facebook,instagram) aktiv idarə olunması;
2. Reklam kanallarının araşdırılması və seçilməsi;
3. Məhsul və xidmətlər haqda mətnlərin yazılması, müştərilərə tam dolğun və ətraflı məlumat ötürmək (gələn mesajlara cavab verib düzgün ünsiyyət qurmaq),sifariş qəbulu;
4. Rəqib səhifələri izləmək;

Təcrübə proqramı üçün namizədlərdən aşağıdakılar tələb olunur:
1. Natamam və ya tam ali təhsil;
2. Məsuliyətli, çalışqan, gündəmi izləmə,araşdırma və işində tətbiq etmə qabiliyətinə malik olan;
3. Facebook,instagram reklam alətlərində və ideal post standartlarında dəqiq anlayışı olan;

Qeyd: Marketinq və menecment sahəsi üzrə ilkin biliklərə sahib olması üstünlükdür.
Qeydiyat formu belədir : https://docs.google.com/forms/d/10z_zCBKmh3xDqFvqILAAp-XmQVpIfVibttm7pLq1f8A/edit