Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək | Təhsil Elanları
Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək
Bölmə:Təhsil Nazirliyi 808 dəfə oxunub
16.01.2018

Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək.

Tədbir ötən il təşkil olunmuş 2-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq

Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.

İki il ərzində 21 ali və 16 orta ixtisas təhsili müəssisələrindən olan 15 000-dən çox tələbə-könüllünü öz ətrafında birləşdirən “Bir” Tələbə-Könüllü Proqramı indiyədək 150-dən çox müxtəlif səviyyəli tədbirlərə könüllü dəstəyi göstərib və 7 regionda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı)  təmsil olunub.