ASAN Xidmət işçi axtarır - Vakansiyalar elan olundu | Təhsil Elanları
ASAN Xidmət işçi axtarır - Vakansiyalar elan olundu
Bölmə:Dövlət qulluğu 49030 dəfə oxunub
14.01.2018

Tehsil.im xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə (inzibati icraçı vəzifələr) daxil olan vəzifələr üzrə müsahibə (müsabiqənin müsahibə mərhələsi) elanı vermişdir. 

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 9 fevral 2018-ci il tarixinədək davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Həmçinin Oxu: Dövlət qulluqçusu olmaq istəyənlər üçün VAKANSİYALAR AÇIQLANDI 

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il saat 18:00 dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/docs/elanlar/elan2.html