“Layihə Yazılışı və İdarəçiliyi” təliminə Qediyyat başladı | Təhsil Elanları
“Layihə Yazılışı və İdarəçiliyi” təliminə Qediyyat başladı
Bölmə:Kurslar 2496 dəfə oxunub
07.01.2018

Təlimin adı : “Layihələrin yazılışı və idarə olunması”
Təlimin müddəti : 8 saat ( 2 gün x 4 saat)
Maksimal iştirakçı sayı : 30 nəfər
Növbəti təlimlərimiz aşağıdakı qrafik üzrə planlaşdırılır.


* 3-4 fevral 2018 - Bakı - Qeydiyyat üçün : +99455 598 58 24 Gulnar Muxtarova (Təlimin qiyməti: 50 AZN)

Təlimin xülasəsi :
Həyatın özünün bir layihə olduğunu nəzərə alsaq hər bir mərhələsində layihə idarəçiliyinə ehtiyacımız var. Bütün planlarımız onu necə düzgün layihələndirəcəyimizdən asılıdır. Sosial-ictimai sahədən başlayaraq biznes mühitinə qədər, hətta ailə həyatının belə layihə idarəçiliyinə rast gəlirik.
Bu baxımdan, Sizi həyatımız üçün bu qədər önəmli və vacib olan, “Layihə İdarıçilik akademiyası” tərəfindən keçiriləcək "Layihə Yazılışı və İdarəçiliyi" Təliminə dəvət edirik!
Təlim zamanı Siz 0-dan layihə yazmağı öyrənərək sonda öz layihənizi tamamlamış olacaqsız.
Layihələri daha sonra fondlara və biznes qurumlara təqdim edib, maliyyləşdirib icra edə bilərsiniz.
Hər biri 4 saat olmaqla 2 günlük, toplam 8 saatlıq təlim kursunda Siz:
• Layihə yazılışı prosesində nədən başlayacağınızı,
• Layihə yazılışında problemi, məqsədi və vəzifələri necə yazacağınızı,
• Hədəf qrupu müəyyən etmək, fəaliyyət planı və büdcə necə tərtib edəcəyinizi,
• Layihə yazılışında donoru inandırmaq üçün hansı dil və yazılış üslubunu seçəcəyinizi öyrənəcək və;
• Donor təşkilatını necə inandıracağınızı və qrant layihələr haqqında Sizi düşündürən bütün suallara cavab tapacaqsınız.

Təlimdə öyrənəcəkləriniz :
• Layihə anlayışı nədir
• Layihədə problemin təsviri
• Layihənin məqsədi, vəzifələri və uğur göstəriciləri
• Layihədən faydalananlar və hədəf qrupları
• Layihə çərçivəsində görüləcək işlər
• Layihənin icra müddəti və icra planı
• Layihədən gözlənilən nəticələr
• Layihənin monitorinqi və davamlılığı
• Layihənin qiymətləndirilməsi və hesabatlılığı
Layihə Yazmağın Sirlərini Bizdən Öyrənin!

Sosial şəbəkə ünvanlarımız:
Facebook: https://www.facebook.com/layiheyazilisi/
İnstagram: https://www.instagram.com/layiheyazilisi/