Aparıcı mühasib | Təhsil Elanları
Aparıcı mühasib
Bölmə:İş Elanları 726 dəfə oxunub
26.10.2014

Şirkətin adı: Azertexnolayn MMC
Vakansiya Aparıcı mühasib
İş yeri (şəhər): Sumqayıt
Əmək haqqı:  
Son tarix : 2014-11-16
Telefon  
E-poçt: habib.veliyev@azertexnolayn.com
Şirkət barədə məlumat "Azərtexnolayn" MMC-nin əsas fəaliyyəti Spiral Qaynaqlı Polad Boruların istehsalı, Polietilen və dəmir neft, qaz və su borularının istehsalı, Metal konstruksiyalarının hazırlanması, Hidrotexniki avadanlıqların istehsalı
İş barədə məlumat
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Balansı və onun əlavələrini tərtib edir;
  • Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların qarşısının alınması üçün təkliflər hazırlayır;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də fondlara vəsaitin köçürülməsini həyata keçirir;
  • Təsərrüfatdaxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
  • Baş mühasib tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edir.
  • Yüksək səviyyədə komputer biliyi
  • Azərbaycan, İngilis və Rus dillərində yazmaq və danışmaq bacarığı.
Tələblər
  • İstehsalatda və inşaat sahəsində ən azı 5 il təcrübəsi olan
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
  • Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını;
  • Balans və onun əlavələrinin hesablanması qaydalarını;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
  • Hesablama texnikasının istismarı qaydalarını;
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını;