“Kaspi” Təhsil Şirkəti Dərsdənkənar fəaliyyət üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir. | Təhsil Elanları
“Kaspi” Təhsil Şirkəti Dərsdənkənar fəaliyyət üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir.
Bölmə:İş Elanları 1260 dəfə oxunub
31.12.2017

“Kaspi” Təhsil Şirkəti Dərsdənkənar fəaliyyət üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

– İllik tədbir planını qurmaq və nəzarəti həyata keçirmək;

– Tədbir və dərnəklər üçün təhcizatları təşkil etmək və tələb olunan büdcəni planlamaq;

– Liseydə mövcud dərnəklərin tərkibini komplektləşdirmək və onun dərs ili müddətində saxlanması üzrə tədbirlər görmək;

– Dərnəklərdə aparılan işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə və metodlarını müəyyən etmək;

– Məşğələlərin planını, proqramını tərtib etmək və onların yerinə yetirilməsini təmin etmək;

– Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq, onların meyl və maraqları üzrə inkişafına köməklik göstərmək;

– İstedadlı şagirdlərin üzə çıxarılmasına köməklik göstərmək, şagirdlərlə fərdi iş aparmaq, olimpiada, yarış, sərgi və s. tədbirlərdə dərnək üzvlərinin iştirakını təmin etmək;

– Valideynlərə və məktəbin pedaqoji işçilərinə istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər vermək;

– Dərnəklərin təşkili zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar gigiyena normalarına əməl olunmasını təmin etmək.

Minimum vakansiya tələbləri

– Ali təhsil (Minimum bakalavriat dərəcəsi);

– Orta məktəbdə pedaqoji və ya dərsdənkənar fəaliyyət üzrə minimum 3 il iş təcrübəsi.

Bilməlidir:

– Şagird şəxsiyyətinin inkişafının əsas qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və maraqlarını;

– Pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın əsaslarını: təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını, elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini;

– Müvafiq təmayül üzrə dərnək və digər məşğələlərin proqramlarını, sinifdənxaric və məktəbdənkənar işin təşkili üzrə normativ sənədləri, texniki vasitələrdən istifadə, əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarını.

Tələb olunan bacarıqlar:

– Peşəsinə yüksək motivasiya ilə yanaşma;

– Təşkilatçılıq bacarığı;

– Liderlik qabiliyyəti;

– Fərdi və komandada işləmək bacarığı;

– Şagird və valideynlərlə çalışmaq qabiliyyəti.

 “Kaspi” təhsil şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

– Rəqabətə davamlı əmək haqqı;

– Nahar;

– Fərdi inkişaf imkanları;

– Fəaliyyəti əsnasında müasir texnologiyalardan istifadə imkanı;

– Mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;

– Yeni təklif və ideaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş saatları: I-V günlər, 9:00-18:00
İş yeri: “Kaspi” Liseyi Ağ şəhər filialı – Xocalı pr. 57A ("Xətai" m/s-nın yaxınlığı)
Elan tarixi: 26.12.2017
Son tarix:   26.01.2018
 

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.

 

 

 

İŞƏ MÜRACİƏT FORMASI