Bölmə:İş Elanları 1883 dəfə oxunub
Struktur bölmə: Sığorta hadisələri şöbəsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Mütəxəssis
Son müraciət tarixi: 29 dekabr 2017-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri:
1.Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, İT platformada və "Excel" bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
2.Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
3.Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması
4.Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
5.Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
6.Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
7.Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
8.Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
9.Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi, onların müraciətlərinin uyğun olaraq cavablandırılması;
10.Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi, hüquq və ya tibb sahəsi üzrə 1 illik iş təcrübəsi
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır
Kompüter bilikləri: MS Office proqramlarından əla səviyyədə istifadə bacarığı
Üstünlüklər: Hüquq və ya tibbi təhsilə üstünlük verilir
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydasıcv-lər “Sığorta hadisələri” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
----------------------------------------------------------------------------------------------
Struktur bölmə: Maliyyə və satınalma departamenti, Mühasibatlıq şöbəsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Mütəxəssis
Son müraciət tarixi: 04 yanvar 2018-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri:
1. Mühasibat müxabirləşmələrini əməliyyatların təyinatlarına uyğun olaraq düzgün şəkildə mühasibatlıq proqramına daxil etmək;
2.Mühasibat hesabları üzrə gündəlik təhlillər aparmaq;
3.Maliyyə hesabatlarını qanunvericiliyə, şirkətdaxili siyasət və qaydalara əsasən hazırlamaq;
4.Digər strutktur bölmələrin mühasibatlıq məlumatları ilə bağlı sorğularını operativ olaraq yazılı cavablan.
Namizədə olan tələblər:
İş təcrübəsi: Mühasibatlıq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi tələb olunur. (Sığorta sahəsində işləyənlərə üstünlük veriləcəkdir).
Təhsili/ixtisası: Maliyyə, mühasibatlıq və iqtisadi ixtisaslar üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir.
Kompüter bilikləri: İstənilən maliyyə, mühasibatlıq proqram təminatı ilə tanışlıq;Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı;Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə yuxarı səviyyəli biliklər;Mühasibatlıq üzrə ACCA və ya CPA proqramlarına üzvlük;Sığorta, xüsusilə həyat sığortası sahəsində təcrübə və biliklər.
Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, hesabatların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, diqqətlilik və problemə fokuslanma, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydasıcv-lər “Mühasib - mütəxəssis” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.