Mühafizəçi | Təhsil Elanları
Mühafizəçi
Bölmə:İş Elanları 1158 dəfə oxunub
26.10.2014

Mühafizəçi/“Azərbaycan Fibro Cement” MMC

Tələblər: 
•1 ildən az olmayaraq müvafiq iş təcrübəsi;
•Azərbaycan və rus dilləri;
•Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı;
•Ünsiyyət qurmaq bacarığı, təcili sürətdə şəraiti qiymətləndirərək uyğun qərar vermək;
•Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.
  
Vəzifə öhdəlikləri: 
•Mühafizə postunda avadanlıqları və digər inventarı  yoxlamaq və qəbul etmək. Çatışmamazlıqlar haqqında rəhbərliyə xəbər vermək;    
•Azərbaycan Fibro Sement zavodunun ərazisində ona təhkim olunmuş obyektlərin, avadanlıqları və mal – materialların mühafizəsini təşkil etmək;
•Azərbaycan Fibro Sement zavoduna daxil olan və zavodun ərazisini tərk edən şəxslərin sənədlərini yoxlamaq və mal – materialların obyektə daxil və ya xaric olunmasına nəzarəti təmin etmək;
•Rəhbərlik tərəfindən təsdiq olunmuş qayda və sənəd nümunələrinə əsasən obyektin işçilərini və qonaqları əraziyə və ərazidən buraxmaq;
•Azərbaycan Fibro Sement zavodunun qorunmasını, qıfılların və başqa kilidləmə vasitələrinin mövcudluğunu, mal – materialların və vəsaitlərin salamatlığını yoxlamaq;
•Azərbaycan Fibro Sement zavodunun ərazisinə şübhəli şəxslərin (içkili və ya narkotik maddələrin təsiri altında olan) daxil olmasının qarşısını almaq və belə hallar barəsində rəhbərliyə məlumat vermək;
•Azərbaycan Fibro Sement zavodunun ərazisində oğurluq hallarının qarşısını almaq üçün tədbirlər görmək;
•Azərbaycan Fibro Sement zavodunun ərazisindən avadanlıqların, mexanizmlərin və mal – materialların qanunsuz çıxartmağa cəhd göstərən və ya qanun pozuntusunda şübhəli olan şəxsləri saxlamaq və rəhbərliyi xəbərdar etmək;
•İşəgötürən tərəfindən təsdiq edilən daxili nizam – intizam qaydalarına riayət etmək;
•Azərbaycan Fibro Sement zavodunun ərazisinə podratçı təşkilatlar tərəfindən gətirilən və obyektdən çıxarılan avadanlıqları, mexanizmlərin, mal – materialların əvvəlcədən təqdim olunmuş siyahı əsasında yoxlanılmasını təmin etmək;
•Təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək;
•Azərbaycan Fibro Sement zavodunun ərazisində quraşdırılmış mühafizə və yanğından mühafizə siqnalizasiyası qurğularının işinə nəzarət etmək;
•Azərbaycan Fibro Sement zavodunda yanğın baş verdiyi hallarda yanğın ocağının miqyasını müəyyən edib  tədbirlər görmək.
 
Göstərilən tələblərə cavab verən  namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Mühafizəçi” yazaraq hr@synergygroup.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.